💧Su filtri servis sistemi
✓ Sırf servis və texniki məlumat üçün

Su filtrinizin vaxtını, nasazlığını və servis ehtiyacını rahat izləyin

Bu səhifə məhsul satışı üçün deyil. Məqsədimiz müştərinin filtr dəyişmə vaxtını, cihaz baxımını, su çəni və nasos problemlərini düzgün başa salmaq və vaxtında servis təşkil etməkdir.

Müştəri kodunuz var?
6 aySediment, GAC, CTO üçün ideal müddət
8 ayİlk 3 filtr üçün ən son hədd
3-5-7 ilSu çəni marka/keyfiyyətə görə
QRHər cihaz üçün servis tarixçəsi

Necə işləyir?

Müştəri üçün sadə, servis üçün nəzarətli sistem.

1QR kodu skan edilir

Cihaz üzərindəki QR koddan müştəri öz servis kartına daxil olur.

2Vaxt və vəziyyət görünür

Filtr faizləri, növbəti servis tarixi və xəbərdarlıqlar aydın göstərilir.

3Servis çağırılır

Müştəri kömək istəyir, məlumatlar avtomatik qeyd olunur və əlaqə saxlanılır.

Filtr və hissələrin dəyişmə müddətləri

Vaxtında dəyişmə cihazın ömrünü uzadır və suyun keyfiyyətini qoruyur.

Çöküntü / Sediment

6 ay ideal

PP sediment filtr qum, pas və iri hissəcikləri saxlayır. Ən yaxşı halda 6 ayda, gecikəndə maksimum 8 ayda dəyişdirilməlidir.

GAC karbon

6 ay

Suda xlor, qoxu və dad problemlərinə təsir edir. İstifadədən çox, suda qalma müddətinə görə dəyişməsi vacibdir.

CTO karbon

6 ay

Membranı qoruyan əsas filtrlərdən biridir. Vaxtında dəyişilməsə membranın ömrünü azalda bilər.

Membran

6-24 ay

Membran marka, model, su növü və suyun çirklilik dərəcəsinə görə 6, 12, 18 və ya 24 ay işləyə bilər.

Mineral / pH / Detox

12-18 ay

Kokos karbon, pH, mineral və detox filtrlər modelə görə dəyişir. Şəhər suyunda daha uzun, quyu suyunda daha qısa müddət tövsiyə olunur.

Su çəni

3-5-7 il

Su çəni markaya görə 3, 5 və ya 7 il istifadə oluna bilər. Təzyiq saxlamırsa, su az gəlirsə və ya qoxu yaranırsa yoxlanmalıdır.

Nasazlıqlar və mümkün səbəblər

Problem yarananda ilkin səbəbi anlamaq üçün qısa bələdçi.

Su zəif gəlir

Səbəb: filtr tutulması, çən təzyiqi, membran və ya nasos zəifliyi.

Həll: cihaz yoxlanmalı, çən təzyiqi və filtr vəziyyəti ölçülməlidir.

Çən dolmur

Səbəb: membran, nasos, adapter, klapan və ya şəbəkə təzyiqi problemi.

Həll: usta baxışı tövsiyə olunur.

Cihaz dayanmadan işləyir

Səbəb: sızma, avtomat klapan, çən təzyiqi və ya yüksək su sərfi.

Həll: cihaz uzun müddət belə işlədilməməlidir.

Suyun dadı dəyişib

Səbəb: karbon, dadlandırıcı, mineral və ya membran müddəti bitmiş ola bilər.

Həll: filtr dəyişmə tarixi yoxlanmalıdır.

Sızma var

Səbəb: bağlantılar, fitinqlər, kran və ya korpus problemi.

Həll: suyu bağlayın və servisə müraciət edin.

Şəbəkə təzyiqi yüksəkdir

Səbəb: mənzilə gələn su təzyiqinin normadan artıq olması.

Həll: reduktor tövsiyə olunur, yoxsa cihaz zədələnə bilər.

⚠️
Filtrləri gecikdirməyin

İlk 3 filtr istifadə miqdarından çox, suda qalma müddətinə görə dəyişir. Gecikmə suyun dadına və cihazın ömrünə təsir edir.

🚰
Evdən çıxarkən suyu bağlayın

Su sızması və təzyiq riskinin qarşısını almaq üçün uzun müddət evdən çıxanda su girişini bağlamaq tövsiyə olunur.

Kömək və servis istə

Formanı doldurun, məlumatlar servis üçün qəbul olunur. Sizə ən qısa zamanda geri dönüş ediləcək.

Qeyd: filtr dəyişimi modelə görə servis tərəfindən aparılır.

Yeni cihaz almaq istəyirsiniz?

Bu servis səhifəsidir. Yeni su filtri cihazları və modelləri üçün Filterim.az saytına keçə bilərsiniz.

Filterim.az-a keç